“Atletiko”ya Arda Turan müjdəsi - FOTO
16.04.2014 - 23:25
“Atletiko”ya Arda Turan müjdəsi - FOTO

 

Zədələnməsi səbəbindən “Atletiko Madrid”in son üç oyununu buraxan Arda Turanın vəziyyəti düzəlməyə doğru gedir. Apaport.az saytının məlumatına görə, həkimlər onun Çempionlar Liqasının yarımfinalında “Çelsi”yə qarşı meydana çıxa biləcəyini düşünürlər.

 

“Marca” qəzeti Ardanın zədəsini sağaltmaq və əvvəlki formasını bərpa etmək üçün ciddi şəkildə çalışdığını bildirir. Türk yarımmüdafiəçi özü həftənin sonunda “Elçe”yə qarşı oynamaq istəyir. Amma məşqçilər və həkimlər onu “Çelsi” ilə oyunda meydana buraxmağı düşünürlər.

 

 

0