“Qalatasaray”ın boş tribunaları – FOTO
16.04.2014 - 23:52
“Qalatasaray”ın boş tribunaları – FOTO

Türkiyə kubokunun “Qalatasaray” və “Bursaspor” arasında keçirilən yarımfinalının cavab görüşündə görünməmiş olay yaşanıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” tərəfdarları ilk dəfə komandanı tək buraxıblar.

 

Xatırladaq ki, “Bursaspor” rəhbərliyi qonaq komanda üçün ayrılan tribunada biletlərə 800 TL məbləğində fantastik qiymət qoyub. “Qalatasaray” tərəfdarları da qiymətin baha olması səbəbindən matça gəlməyib. Türkiyə mətbuatının yazdığına görə, tribunalarda tək-tük qalatasaraylı tərəfdar gözə çarpıb.

 

 

0