Avropa Liqası kuboku Turində
17.04.2014 - 00:26
Avropa Liqası kuboku Turində

Avropa Liqasının kuboku final oyununun keçiriləcəyi İtaliyanın Turin şəhərinə gətirilib. Apasport.az saytının məlumatına görə, təntənəli mərasimdə UEFA prezidenti Mişel Platini kuboku şəhər rəhbərliyinə təqdim edib.

 

Platinidən əlavə mərasimdə Avropa Liqasının səfiri Çiro Ferrara, “Yuventus”un idman direktoru Cüzeppe Marotti və icraçı direktoru Aldo Matsia, şəhər meri Pyero Fassino, İtaliya Futbol Federasiyasının rəhbəri Cankarlo Abete, eləcə də Avropa Liqasının fəaliyyətdə olan qalibi “Çelsi” klubunun nümayəndələri qatılıblar.

 

Avropa Liqasının finalı mayın 14-də Turindəki “Yuventus Stadium”da keçiriləcək. Turnirin yarımfinalında “Yuventus” Portuqaliya “Benfikası” ilə görüşəcək, İspaniyanın “Valensiya” və “Sevilya” klubları isə öz aralarında mübarizə aparacaqlar.

 

   

0