11 ildən sonra
17.04.2014 - 08:00
11 ildən sonra

İspanya kubokunun finalında “Real”a 1:2 hesabı ilə uduzan “Barselona” ardıcıl 3-cü məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, dünya futbolunun nəhənglərindən olan kataloniyalılar ötən həftə iki dəfə 0:1 hesabına üzülmüşdü.

 

Barselonalılar “Atletiko”ya Çempionlar Liqasının yarımfinalında, “Qranada”ya ölkə çempionatında uduzmuşdu. Ardıcıl 3 məğlubiyyət planetin ən titullu klublarından biri üçün nadir hadisələrdən sayılır.

 

“Barselona” sonuncu dəfə belə halla 11 ildən də artıq vaxt öncə qarşılaşmışdı. 2003-cü ilin yanvarında “Valensiya” (2:4), “Selta” (0:2) və “Atletiko” (0:3) önündə aciz qalmışdı. Həmin qarşılaşmaların üçün də İspaniya çempionatına təsadüf etmişdi.

0