Yuri Syomin həmyerlisini Lənkərana aparmayacaq
17.04.2014 - 09:56
Yuri Syomin həmyerlisini Lənkərana aparmayacaq

“Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsinin Lənkəranda keçiriləcək cavab oyununa itki ilə yollanacaq. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” mərkəz yarımmüdafiəçisi Marat İzmaylovun xidmətindən məhrum olub.

 

Rusiyalı futbolçu dünən Qəbələdə keçirilən görüşdə Rəhim Həsənovun qərarına etiraz etdiyi üçün ardıcıl 2-ci oyununda sarı vərəqə alıb. Maraqlıdır ki, İzmaylov “Qarabağ”la 1/4 final mərhələsinin cavab matçında da məhz FİFA referisi olan Həsənova etirazına görə cəzalandırılıb.

 

Qeyd edək ki, “Qəbələ” cəzalarını başa vuran dayaq yarımmüdafiəçiləri - Dodo və Lorentso Ebesilionun xidmətindən Lənkəranda yararlana bilsə də, Elnur Allahverdiyev yenə sabiq komandasına qarşı forma geyinə bilməyəcək.

 

0