[b]Alvaro Silva azarkeşləri "neprav" çıxardı [/b]
17.04.2014 - 12:56
[b]Alvaro Silva azarkeşləri "neprav" çıxardı [/b]

“Azarkeşlərin bir qismini anlamaq olmur”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Xəzər Lənkəran”ın ispaniyalı müdafiəçisi Alvaro Silvaya məxsusdur.

 

İspaniya kubokunun finalında “Real”a məğlub olan “Barselona” azarkeşlərinin etirazını qəbul etməyən Alvaro sosial şəbəkələrdən birində onalara qarşı çıxıb: “Sizə çoxlu zəfərlər bəxş etmiş “Barselona” futbolçularını niyə dəstəkləmirsiniz? Siz indiki onlara ancaq dəstək verməlisiniz”.

 

 

0