Con Oluremi: Daha yaxşı komandaya keçmək haqda düşünürəm...
17.04.2014 - 13:54
Con Oluremi: Daha yaxşı komandaya keçmək haqda düşünürəm...

“Mənim üçün qürur hissidir. Bununla fəxr edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AZAL klubunun hücumçusu Con Oluremi deyib.

Bu gün PFL və Topaz-ın birgə təşkil etdiyi ayın ən yaxşı qolunun müəllifinin mükafatlandırılması mərasiminə qatılan amerikalı 2 mükafat qazanıb. O, dekabr və mart aylarında vurulan ən yaxşı qolun müəllifi olub.

PFL-in rəsmi saytı vasitəsilə aparılan sorğuda respondentlərin əksəriyyətinin səsini qazanan futbolçu cari mövsümdə üçüncü dəfədir bu mükafata sahib çıxır: “Qazandığım mükafatlar onu göstərir ki, inkişaf edirəm. Hələ də üzərimdə çox çalışmalıyam”.

Artıq iki ildir AZAL-ın formasını geyinən futbolçu iddialı komandalardan birinə keçməyin də əleyhinə deyil: “Əlbəttə, bununla bağlı da düşüncələrim var. Amma hazırkı məqamda diqqətimi komandamın yaxşı nəticələr qazanmasına yönəltmişəm. Aydın məslədir ki, yaxşı komandaya keçmək üçün ilk növbədə AZAL-da yaxşı çıxış etməliyəm”.

 

0