[b]Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər[/b]
18.04.2014 - 17:01
[b]Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər[/b]

Avrokuboklarda Azərbaycanı təmsil edəcək qadın voleybol komandalarının tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna Super Liqanın bu gün keçirilən 3-cü yer uğrunda görüşündən sonra 5 ən güclü klubumuz qatılacağı turnirlərin adını bilib.

 

Belə ki, finala yüksəlməklə Çempionlar Liqasında oynamaq hüququ qazanan “Rabitə” və “Azəryol”a “İqtisadçı” da qoşulmaq şansı əldə edib.

 

Düzdür, ölkəmiz Avropa Voleybol Konfederasiyasındakı (CEV) reytinqinə görə qitənin ən nüfuzlu klub turnirində 2 klubla təmsil olunmalıdır. Lakin son illərdə olduğu kimi CEV-in ölkəmizə “wild card” verəcəyi gözlənilir. Bu güzəştli kart məhz bürünc mükafatçıya verilməlidir. Belə olacağı halda, Azərbaycan Çempionlar Liqasında 3 klubla iştirak edəcək. Bu isə o deməkdir ki, analoji yarışda ötən mövsüm debüt edən “İqtisadçı” ardıcıl ikinci dəfə həmin turnirdə oynayacaq.

 

Bürünc medallar uğrunda “İqtisadçı”ya uduzan “Azərreyl” isə növbəti dəfə CEV kubokunda çıxış edəcək. Onlara çempionatı 5-ci yerdə başa vuran “Lokomotiv” də qoşulacaq.

 

Qeyd edək ki, 2013/2014 mövsümündə də 3 klubumuz Çempionlar Liqasında, 2-si CEV kubokunda oynayıb. Onlardan yalnız “Rabitə” Çempionlar Liqasını bürünc medalla başa vurub. 

0