Ronaldo məşqləri bərpa etdi
19.04.2014 - 04:25
Ronaldo məşqləri bərpa etdi

 

“Real Madrid”in zədəli futbolçuları – Ronaldo və Marselo məşqləri bərpa ediblər. Apasport.az saytının məlumatına görə, hər iki ulduz futbolçu Çempionlar Liqasında “Bavariya” ilə yarımfinal oyununa hazır olmalıdırlar.

 

Karlo Ançelotti münhenlilərlə ilk görüş ərəfəsində birinci məşqdə 19 futbolçu ilə işləyib. Kriştiano Ronaldo və Marselo məşqin birinci hissəsini ümumi qrupda, ikinci hissəsini isə fərdi olaraq çalışıblar.

 

Serxio Ramos və Haret Beyl trenajor zalında məşq ediblər. Alvaro Arbeloa və Xase zədələrini sağaltmaqda davam edirlər.

 

 

0