[b]“Rabitə”də yeni müqavilə![/b]
19.04.2014 - 10:08
[b]“Rabitə”də yeni müqavilə![/b]

“Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir. Apasport.az saytının məlumatına görə, bu il növbəti dəfə Azərbaycan çempionu olan və Çempionlar Liqasının gümüş medalını qazanan paytaxt təmsilçisi Aurea Kruzla müqavilənin müddətini uzadıb.

 

2012/2013 mövsümündən “Rabitə”nin şərəfini qoruyan puerto-rikalı ulduz oyunçu yeni ildə də bu komandanın uğurları üçün çalışacaq.

 

Bununla da komandadakı oyunçuların sayı 17-yə çatıb. Son illərin dəyişməz Azərbaycan çempionu Kruza qədər Katarjina Skovronska (1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da “Rabitə”nin uğurları üçün çalışmaqda davam edəcəklər.

0