Azərbaycan çempionun qələbə sevinci - FOTO
19.04.2014 - 12:07
Azərbaycan çempionun qələbə sevinci - FOTO

“Azərbaycan Super Liqası mənim üçün uğurla başa çatdı”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Aurea Kruz deyib.

 

Puerto-rikalı legioner ardıcıl 2-ci dəfə Azərbaycan çempionu olduqdan sonra sevincini bölüşüb. Kruz bildirib ki, “Rabitə”nin 7-ci çempionluğunda pay sahibi olduğu üçün xoşbəxtdir: “Çempionlar Liqasında məqsədimizə nail ola bilməsək də, Azərbaycan çempionu tutulunu qoruduq. “Rabitə”sevərləri 7-ci çempionluq münasibəti ilə təbrik edirəm. Super Liqa gərgin keçsə də, komandamız üçün qalib gəlmək elə də çətin olmadı. Qızıl medallarla yanaşı, çempionatın 3 nominasiyasında birinci olmağım isə məni çox sevindirdi”.

 

Qeyd edək ki, Super Liqanın ən dəyərli voleybolçusu seçilən Kruz top qəbulunda və müdafiədə bütün rəqiblərini qabaqlayıb. Ölkə çempionatının qalibi olan “Rabitə” isə Çempionlar Liqasını ikinci yerdə başa vurub. 

0