Elvin Məmmədov heyətə döndü
19.04.2014 - 13:17
Elvin Məmmədov heyətə döndü

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “İnter”i qəbul edəcək “Bakı” bu gün oyun öncəsi son məşqini keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zədəli olan Rauf Əliyev, Mario Alvares və Namiq Ələsgərov hazırlıqda iştirak etməyib. Vüqar Mustafayev isə yüngül qaçışla kifayətlənib.

 

Əvəzində zədəsini sağaldan Elvin Məmmədov kollektiv çalışmalara qoşulub.

 

Qeyd edək ki, “Bakı” – “İnter” matçı sabah saat 15:00-da başlayacaq.

0