“Qəbələ” “Fənərbaxça” ilə oynayacaq
19.04.2014 - 15:49
“Qəbələ” “Fənərbaxça” ilə oynayacaq

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası  V Vodofone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Türkiyənin Antalya şəhərinə yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 komandanın iştirakı ilə baş tutacaq turnir sabah - aprelin 20-də start götürəcək.

 

Təmsilçimiz F Qrupunda yer alıb. “Qırmızı-qaralar” növbəti mərhələyə vəsiqə uğrunda “Fənərbaxça” (Türkiyə), TSC Ayntraxt Dortmund (Almaniya) və “Galaksiya” (Kosova) komandaları ilə mübarizə aparacaq. 

 

Qeyd edək ki, artıq beşincisi keçirilən Vodofone Turniri hər il tanınmış klubların iştirakına şahidlik edir. Sabah start götürəcək yarışda “Çelşi” (İngiltərə), “Milan” (İtaliya), “Borussiya” (Almaniya), “Galatasaray”, “Beşiktaş” və “Bursaspor” (üçü də Türkiyə) kimi komandalar medallar uğrunda mübarizə aparacaq.  

0