33-cü çempionluq
21.04.2014 - 08:20
33-cü çempionluq

Avropanın daha bir ölkəsində çempionun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Portuqaliya çempionatının sonuna iki tur qalmış ən güclü müəyyənləşib.

 

“Olyanense” üzərində 2:0 hesablı qələbə qazanan “Benfika” tarixində 33-cü dəfə çempion olub. Lissabon təmsilçisi buna 3 mövsümlük fasilədən sonra nail olub. Paytaxt təmsilçisi sonuncu dəfə 2009/10 mövsümündə ölkəsinin ən yaxşısı olmuşdu.

 

Qeyd edək ki, son 3 ildə Portuqaliya çempionu adını “Porto” qazanırdı.

0