5 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəlib
21.04.2014 - 13:21
5 boksçumuz dünya birinciliyində 1/4 finala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən dünya birinciliyində 1/4 finalçılar müəyyənləşib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 5 idmançımız 1/4 finala vəsiqə əldə edib.

 

Belə ki, daha iki boksçumuz döyüşlərini qələbə ilə başa vurub. 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev türkiyəli Məhəmməd Aydın üzərində qələbə qazanıb – 3:0.

 

Superağır çəki dərəcəsində yarışan Məhəmmədəli Tahirov da Türkiyə boksçusunu yarışdan kənarlaşdırıb. Həmyerlimiz Eren Uzunu çətinlik çəkmədən məğlub edib – 3:0.

 

Bu gün keçiriləcək 1/4 final mərhələsində idmançılarımızın rəqibləri:

 

49 kq: Rüfət Hüseynov – Niko Hernandez (ABŞ)

64 kq: Cavid Quliyev – Vinçenzo Areççia (İtaliya)

91 kq: Şükran Mehdiyev – Toni Filpi (Xorvatiya)

52 kq: Məsud Yusifzadə - Daniel Asenov (Bolqarıstan)

91+kq: Məhəmmədəli Tahirov – Marat Kerimxanov (Rusiya)

0