Millimiz sibirlilərlə bacarmadı
22.04.2014 - 17:57
Millimiz sibirlilərlə bacarmadı
17 yaşadək qız futbolçulardan ibarət millimiz bu gün Rusiyanın Novosibirsk şəhərində keçirilən “Avrasiya” turnirində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamızın ilk rəqibi Sibir yığması olub.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Komandamız növbəti oyununu aprelin 24-də Sverdlovsk bölgəsinin yığmasına qarşı keçirəcək.
 
0