Avropa Liqasının ən önəmli yarımfinalı türk hakimlərə tapşırıldı
22.04.2014 - 22:25
Avropa Liqasının ən önəmli yarımfinalı türk hakimlərə tapşırıldı

 

UEFA Türkiyə Superliqasında ciddi tənqidlərə məruz qalan FİFA referisi Cüneyt Çakıra böyük etimad göstərilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının “Benfika” ilə “Yuventus” arasında keçiriləcək ilk yarımfinal matçını türk hakim idarə edəcək.

 

Türkiyə Futbol Federasiyasından verilən açıqlamada bildirilir Ki, Çakır aprelin 24-də Lissabonda keçiriləcək ilk yarımfinal oyununda fit çalacaq. Çakıra bu oyunda yan hakimlər Bahattin Duran və Tarik Ongun kömək edəcək. Mustafa Emre Eyisoy dördüncü hakim olacaq. Hüseyn Göçek və Barış Şimşek isə qapı xəttindəki hakim mövqeyində duracaqlar.

 

Bu oyun Cüneyt Çakırın hakimlik karyerasında 87-ci matç olacaq.

 

 

0