Ançelotti: Qələbəni hamıdan çox arzu edirik
23.04.2014 - 06:08
Ançelotti: Qələbəni hamıdan çox arzu edirik

 

“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının “Bavariya”ya qarşı keçirəcəkləri ilk yarımfinal oyunu barədə danışıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi həddən artıq güclü komandaya qarşı oynayacaqlarını bildirib.

 

Ançelotti yarımfinala çıxdıqlarını və titul barəsində hamıdan çox düşündüklərini vurğulayıb: “Bu, dəlilik deyil. Bu, çox ciddi motivasiyadır. Biz özümüzü göstərmək istəyirik və bunun üçün hər şeyi edəcəyik. İspaniya kubokunda “Barselona”ya qarşı çox etibarlı və sıx oynadıq. “Bavariya”nın oyun stili isə «Barselona»nın stilinə oxşayır. Matçın gedişinə nəzarət edə bilmək üçün sıx oynamalıyıq. Bizə qarşı həddən artıq güclü komanda mübarizə aparacaq. Onlar bir ay öncə Almaniya çempionluğunu qazanıblar. Biz favorit sayılmırıq və bu, normaldır. Ronaldu yaxşı məşq edib. Onun meydana çıxıb-çıxa bilməyəcəyini son anda deyəcəyik. O, meydana 100 faiz sağlam olduğu təqdirdə çıxacaq. Əgər səhhətinə hansısa risk olsa, meydana çıxmayacaq. Gələn həftə bizi Münhendə həlledici görüş gözləyir. Qvardiolaya son dərəcə hörmətlə yanaşıram. O, tərifdən də artıq işləyir. Uğursuzluq ən yaxşı söz deyil. Amma yarımfinala çıxmağımızı uğur adlandıra bilmərəm. Minimum vəzifəmiz finaldır”.

 

 

0