Azərbaycan xarici işlər naziri “Atletiko”nun oyunundan danışdı
23.04.2014 - 13:19
Azərbaycan xarici işlər naziri “Atletiko”nun oyunundan danışdı
Azərbaycan xarici işlər naziri “Atletiko”nun oyunundan danışdı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı Xose Manuel Qarsiya Marqalyo ilə keçirdiyi birgə brifinqdə Çempionlar Liqasının “Atletiko” (Madrid) - “Çelsi” yarımfinal oyununu şərh edib.

APA-nın verdiyi məlumata görə, E.Məmmədyarov “Atletiko”nun qalib gələ bilməməsindən və oyunun heç-heç başa çatmasından təəssüfləndiyini bildirib.

“Buna baxmayaraq 90 dəqiqə ərzində futbolçular meydanda üzərində “Azerbaijan land of fire” yazılmış köynəkdə olublar. Əlbəttə ki, İspaniya və Azərbaycanda əlaqələrin inkişafına maraq göstərilir. Biz XİN olaraq bu maraqları həyata keçirməyə çalışırıq”, - deyə o vurğulayıb.
 
0