“Dördlər finalı”nın iştirakçıları azərbaycanlı şagirdlərlə görüşdü - FOTOSESSİYA
23.04.2014 - 15:06
“Dördlər finalı”nın iştirakçıları azərbaycanlı şagirdlərlə görüşdü - FOTOSESSİYA

Futzal üzrə UEFA kubokunun Bakıda keçiriləcək final mərhələsinin 3 iştirakçısı bu gün şagirdlərlə görüşüb. Apasport.az saytının məlumatına görə, “Barselona” “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində, “Dinamo” Keşlə qəsəbəsindəki 201 saylı orta məktəbdə və “Araz” nümayəndələri Xətai rayonundakı 269 saylı orta məktəbdə olub.

Orda şagirdlərə avtoqraf verilib. Həmçinin futzalçılar onlara topla davranış bacarıqlarını nümayiş etdirib.

Qeyd edək ki, bu görüşlərdə “Araz”ı millimizin baş məşqçisi Joze Alesio və Vitali Borisov təmsil edib.

0