Deyan Blajevski: "Xəzər Lənkəran"a xeyir verə biləcəm - MÜSAHİBƏ
23.04.2014 - 16:09
Deyan Blajevski: "Xəzər Lənkəran"a xeyir verə biləcəm - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın futbolçusu Deyan Blajevski Makedoniya mətbuatına müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.

 

- Makedoniya Futbol Federasiyası tərəfindən ölkənizin ən yaxşı oyunçusu mükafatına layiq görülmüşdünüz. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Sevinirəm ki, çəkdiyim əziyyət bəhrəsiz qalmır. Əlbəttə, ölkəmin ən yaxşı futbolçusu olmaq məni daha yaxşı oynamağa həvəsləndirir. Bu uğurumda sabiq klubum “Turnovo”nun və məni yetişdirən məşqçilərin əməyi var. Onlara təşəkkür edirəm.

 

- “Xəzər Lənkəran”a transferiniz necə baş tutdu?

- “Xəzər Lənkəran” kimi komandada oynadığım üçün çox şadam. Bu klubla 2 illik müqavilə imzalamışam. İnanıram ki, onlara xeyir verə biləcəyəm. “Xəzər Lənkəran” çox yaxşı və Azərbaycanda güclü klublardan sayılır. Xüsusilə, azarkeşləri heç bir komanda ilə müqayisə olunmur.

 

- Azərbaycan və Makedoniya futbolunu fərqləndirən cəhətlər hansıdır?

- Fikrimcə, Azərbaycanda güclü büdcəsi olan klublar daha çoxdur. Burada çoxlu legionerlər oynayırlar. Bu səbəbdən Azərbaycanda keyfiyyət daha çoxdur.

 

- Hansı mövqe sizin üçün daha rahatdır?

- Burada fərqli mövqelərdə oynamışam. Amma sol cinah yarımmüdafiəçisi kimi oynamaq mənim üçün daha rahatdır.  

0