“Komandam Bakıya qələbə qazanmağa gəlib”
23.04.2014 - 17:38
“Komandam Bakıya qələbə qazanmağa gəlib”

“Komandam Bakıya qələbə qazanmağa gəlib. Bunun üçün bizim təcrübəmiz var”. Apasport.az xəbər verir ki, bu sözləri futzal üzrə  “Barselona” klubunun kapitanı Xordi Torras deyib.

 

O, sabah “Dördlər finalı”nın yarımfinal matçında qarşılaşacaqları “Araz”la oyunöncəsi fikirlərini açıqlayıb: “Biz qələbəyə öyrəşmiş komandayıq. Bu matçda əsas diqqətimiz qələbə qazanmaqdır. Hər bir titul mənim üçün çox vacibdir. Oyunçu kimi bu klubda böyümüşəm. İstəyirəm ki, növbəti titulumu qazanım. Zədəli olan əsas oyunçumuzun yoxluğunu hiss etdirməməliyik”.

 

0