[b]Julius Vobay: “Neftçi”nin uğursuz çıxışından xəbərim var[/b]
23.04.2014 - 23:00
[b]Julius Vobay: “Neftçi”nin uğursuz çıxışından xəbərim var[/b]

“Əlbəttə, “Neftçi”yə qayıdacağam. Bu klubla müqaviləm var”. Bu sözləri apasport.az saytına açıqlamasında icarə əsasında Birləşmiş Ərəb Əmirliklərinin “Əl Şaab” klubunda oynayan syerre-leoneli yarımmüdafiəçisi Julius Vobay deyib.

 

Afrikalı futbolçu hazırda İngiltərədə olduğunu bildirib: “Hazırda İngiltərədəyəm. Ailəmlə birlikdə istirahət edirəm. Birləşmiş Ərəb Əmirliklərində artıq çempionat başa çatıb. “Neftçi” ilə müqaviləm var və ora gələcəm. Əgər istəsələr, orda oynayacağam”.

 

Vobay bildirib ki, “Neftçi”nin çıxışından da məlumatlıdır: “Komandamız oyunlarını izləyirəm. Uğursuz çıxışlarından da xəbərim var. Amma bu barədə nəsə danışa bilmərəm”.

0