Marius Pena özünə yeni komanda axtarır
23.04.2014 - 23:06
Marius Pena özünə yeni komanda axtarır

Milinko Pantiçin “Bakı”nın baş məşqçisi postuna gəlişindən sonra nadir hallarda forma geyinən Marius Pena komandadan ayrılacaq. Apasport.az-ın əldə etdiyi məlumata görə, serbiyalı mütəxəssis məşqlərin birində rumın futbolçuya “onsuz da səni yayda komandadan göndərəcəm” deyib.

 

Bu səbəbdən həvəssiz oynayan Pena indidən özünə klub axtarır.

 

Qeyd edək ki, Marius Pena Bojidar Bandoviç “Bakı”da başqa məşqçi olarkən transfer edilib. Ötən mövsüm komandası üçün vacib qollar vuran futbolçu mövsüm başa çatan kimi ölkəsinə yollanacaq.

0