Millimizin məşqçiləri Bakı derbisində
24.04.2014 - 12:39
Millimizin məşqçiləri Bakı derbisində
Milli komandamızın məşqçiləri bu gün ölkə kubokununun yarımfinal mərhələsinin cavab qarşılaşmalarından birini izləyəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın birdənbirə 3 məşqçisi iş başında olacaq.

Belə ki, millimizin çalışdırıcısı Berti Foqtsdan başqa, onun köməkçiləri Volfqanq Rollf və Uli Ştayn “Rəvan” – “Neftçi” oyununu izləyəcək.

Qeyd edək ki, Bayıl qəsəbəsində baş tutacaq Bakı derbisi saat 17:00-da başlayacaq.
 
0