Danışılmış oyunla bağlı 2,5 min illik ilk sənəd tapıldı
25.04.2014 - 06:50
Danışılmış oyunla bağlı 2,5 min illik ilk sənəd tapıldı

Alimlər ən qədim danışılmış idman oyunu ilə bağlı sənəd aşkar ediblər. Apasport.az saytının məlumatına görə, sənədin tarixi bizim eramızdan əvvəl 267-ci ilə gedib çıxır.

 

Hələ 100 il əvvəl arxeoloqlar Bernard Qrenfell və Artur Xant tərəfindən Misirin qədim Oksirinxa şəhərinin qalıqları arasında tapılan sənədi britaniyalı tarixçilər oxuya biliblər. Sənəd Misirdə keçirilən 138-ci Böyük Antinoy oyunları zamanı iki gənc güləşçi arasında tərtib edilib. Bu razılaşmaya görə, Demetriy adlı güləşçi üç dəfə kürəyi üstə yıxılaraq Nikantin adlı güləşçiyə uduzmağa söz verib.

 

Demetrinin uduzması müqabilində onun məşqçisi Nikantindən gümüşlə 3,8 min dirhəm almalıymış. Sənədi oxuyan professor Dominik Ratboun izah edib ki, bu məbləğ o zaman üçün o qədər də böyük olmayıb. Həmin pula ancaq bir uzunqulaq almaq olarmış. Hakim saxtakarlığı hiss etsə belə, pul ödənilməliymiş. Amma Demetriy son anda uduzmaqdan imtina edərək qələbə qazansaymış, o, həmin dövr üçün böyük məbləğ sayılan gümüşlə 3 talant ödəməliymiş.

 

Qədim güləşçilər arasında görüşün necə başa çatdığı isə qaranlıq qalır.

 

 

0