Odina Əliyeva seçimini etdi
28.04.2014 - 14:00
Azərbaycan Super Liqasının son mövsümünü gümüş medalla başa vuran “Azəryol”da yeni il üçün ilk müqavilə rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Bakı klubu Odina Əliyeva ilə müqavilənin müddətini bitirib.
Yığmamızın 24 yaşlı aparıcı voleybolçusu ən azı daha bir il “Azəryol”un formasını geyinəcək.
Qeyd edək ki, Əliyeva son mövsümün əsas mərhələsinin axırıncı turlarında zədələndiyində komandasına kömək edə bilmirdi. Çiynindən əməliyyat olunan Odinanın iyunun sonlarından hazırlığa başlayacağı gözlənilir.
0
0