Məşhurlar mundialdan mundiala - FOTOSESSİYA
16.05.2014 - 12:22
Məşhurlar mundialdan mundiala - FOTOSESSİYA

Gələn ay start götürəcək dünya çempionatının final mərhələsində 736 futbolçu çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu futbolçuların bir qismi üçün Braziliyadakı yarış ilk mundial olacaqsa, digərləri artıq belə təcrübəyə malikdir.

 

Məhz həmin təcrübəlilər də xarici mətbuatın diqqətindən yayınmayıb. Həmkarlarımız təcrübəli futbolçuların əvvəlki mundiallarla müqayisədə nə dərəcədə dəyişdiyini araşdırmaq qərarına gəliblər. Bunun üçün həmin oyunçuların əvvəlki dünya çempionatındakı şəkli ilə indiki simalarını üz-üzə qoyub.

 

Bu müqayisə futbolçuların 4 və ya 8 il ərzində xeyli dəyişdiyini göstərib. Kimisi tüklərini töküb, kimisinin üzündə ilk qırışlar əmələ gəlib. “Qocalma” prosesi daha çox Canluici Buffon, İker Kasilyas, Frenk Lempard, Stiven Cerrard, Andrea Pirlo kimi ulduzlarda hiss olunur. Başındakı tükləri tökən Aryen Robben isə əvvəlki saç düzümünə baxıb “hardasan, ay cavanlıq” deyə bilər.

 

Elə ən böyük ulduzlar Kriştianu Ronaldo ilə Lionel Messi də əvvəlki uşaqlıq siması ilə vidalaşıb yetkin futbolçuya çevriliblər. Mayın 27-də Azərbaycan millisi ilə görüşəcək ABŞ yığmasının üzvləri Landon Donovan və Klint Dempsi də saçının bir hissəsini itirib.

 

0