Rusiya yığması Braziliyaya 24 futbolçu ilə gedir
02.06.2014 - 16:14
Rusiya yığması Braziliyaya 24 futbolçu ilə gedir

Rusiya millisinin dünya çempionatının final mərhələsində çıxış edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapello yekun heyəti müəyyənləşdirib.

Təcrübəli mütəxəssis 23 nəfərlik heyətə əslən azərbaycanlı futbolçu Aleksandr Səmədovu da daxil edib. Lakin Braziliyaya yollanacaq heyət 23 futbolçu ilə tamamlanmır. Belə ki, Kapello “Rubin”in yarımmüdafiəçisi Pavel Moqilevetsi də Cənubi Amerikaya aparmağı lazım bilib. Sonuncu təlim-məşq toplanışında “23-lük”lə birlikdə iştirak edəcək.

Rusiya yığmasının heyəti
Qapıçılar:
İqor Akinfeyev (MOİK), Yuri Lodıgin (Zenit), Sergey Rıjikov (Rubin)
Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı MOİK), Vladimir Qranat, Aleksey Kozlov (hər ikisi “Dinamo”, Moskva), Andrey Yeşenko (Anji), Dmitri Kombarov (Spartak), Andrey Semyonov (Terek)
Yarımmüdafiəçilər: İqor Denisov (Dinamo), Alan Dzaqoyev (MOİK), Roman Şirokov (Krasnodar), Denis Qluşakov (Spartak), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi “Zenit”)
Hücumçular: Yuri Jirkov, Aleksey İonov, Aleksandr Kokorin (hamısı “Dinamo”, Moskva), Maksim Kanunnikov (Amkar), Aleksandr Kerjakov (Zenit), Aleksandr Səmədov (Lokomotiv).

0