“Braziliya - Xorvatiya matçında kimin qələbə qazanacağını demək çətindi”
12.06.2014 - 11:34
“Braziliya - Xorvatiya matçında kimin qələbə qazanacağını demək çətindi”

“Hər oyun çətin olacaq. Braziliya - Xorvatiya matçında kimin qələbə qazanacağını demək çətindi”. Apasport.az xəbər verir ki, bu sözləri Braziliya millisinin sabiq futbolçusu Kafu deyib.

 

2002-ci il ildə milli komandası ilə mundialın qalibi olan müdafiəçi yığmalarına inandığını bildirib: “Mən Braziliya milli komandasına inanıram. Serbiya ilə oyunda nəyə qadir olduğumuzu göstərdik. Ona görə də millimizin turnirdə birinci yer tutacağına inamım çoxdur. Düşünürəm ki, komandamız qrupdakı 3 matçın hamısında qalib gələcək və lider kimi 1/8 finala çıxacaq”.

0