Azərbaycandan Polşa klubuna icarəyə getdi
12.06.2014 - 16:11
Azərbaycandan Polşa klubuna icarəyə getdi

“Rabitə”nin voleybolçusu Gina Mankuso 2014/2015 mövsümünü Polşada oynayacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun ötən il heyətinə qatdığı 4-cü zona oyunçusu “Dabrova Qornitsa”ya icarəyə verilib.

 

23 yaşlı amerikalı legioner burada 1 il oynadıqdan sonra yenidən Bakı təmsilçisinin düşərgəsinə qayıdacaq.

 

Qeyd edək ki, Mankusonun “Rabitə” ilə müqaviləsi 2015/2016 mövsümünün sonunda bitəcək. 

0