Hollandiya millisində qalmaqal
13.06.2014 - 06:49
Hollandiya millisində qalmaqal

 

Dünya çempionatında iştirak etməyə hazırlaşan Hollandiya millisində qalmaqal yaşanır. Apasport.az saytının məlumatına görə, qalmaqalda “Fənərbaxça”nın futbolçusu Dirk Kuyt və “Qalatasaray”ın oyunçusu Uesli Sneyderin adları hallanır.

 

Xəbərə görə, dünya çempionatının açılışına bir gün qalmış Kuyt, Sneyder və “Milan”ın oyunçusu Naycel de Yonq özbaşına komandanın bazasını tərk ediblər. Bütün gecəni əylənən futbolçular bazaya səhəri gün saat 11 radələrində qayıdıblar.

 

Hələlik Hollandiya millisinin baş məşqçisi Lui Van Qalın futbolçularla bağlı hansı cəza tədbiri gördüyü məlum deyil.

 

 

0