Kolumbiyadan yunanlara futbol dərsi - YENİLƏNİB
14.06.2014 - 21:50
Kolumbiyadan yunanlara futbol dərsi  - YENİLƏNİB

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında B qrupunda mübarizəyə start verilib. Apasport.az saytının məlumatına görə, qrupun favoritləri olan İspaniya Hollandiya ilə qarşılaşib.

 

Bu qarşılaşma prinsipiallığı ilə də diqqət mərkəzində olub. Belə ki, bu komandalar 2010-cu ildə CAR-da keçirilən DÇ-nin finalında üz-üzə gəlib. İspaniya həmin görüşdə “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın əlavə vaxtda vurduğu yeganə qol ilə qalib gəlməklə ilk dəfə mundial qalibi adını qazanmışdı. 

 

Braziliyada keçirilən mundialda isə ispanlar acı məğlubiyyətlə üzləşiblər. Hesabı İspaniya millisi açsa da, Hollandlar tez bir zamanda toparlanaraq, rəqibin qapısından 5 top keçiriblər. Bu toplardan ikisini Robin van Peri, ikisini isə Arien Robben vurub. 

 

B qrupunun digər görüşündə isə Çili və Avstraliya qarşılaşıb. Bu 2 komanda az da olsa qrup ikinciliyinə ümid bəsləyir. Kifayət qədər gərgin keçən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Günün son matçı C qrupunda baş tutub. Yunanıstanla qarşılaşan Kolumbiya avropalılar üzərində böyük hesablı qələbə qazanıb.

 

14 iyun

C qrupu

 Kolumbiya – Yunanıstan - 3:0 
Qollar: Armero, 5; Teo, 58; Ceyms, 90+1

Hakim: Mark Qayqer (ABŞ)
Belo Horizonte. “Mineyrao” stadionu

Kolumbiya: 1. Ospina, 2. Zapata, 3. Yepes, 4. Arias, 5. Karbonero, 6 Sançes, 7. Armero, 8. Agular, 9. Teo, 10. Ceyms, 11. Quadrado, 14. İbarbo, 18. Zuniga.
Baş məşqçi: Xose Pekerman

Yunanıstan: 1. Karneziç, 2. Maniatis, 4. Monalas, 7. Samaras, 8. Kone, 14. Salpangidis, 15. Torosidis, 17. Gekas,  19. Sokratis, 20. Çelovas, 21. Katsouranis
Baş məşqçi: Fernando Santos



B qrupu

İspaniya – Hollandiya - 1:5
Qollar: Alonso, 27 (pen) - Van Persi, 44; 72; Robben, 53; 80; De Vrij, 64
Hakim: Nikola Ritsoli (İtaliya)
Salvador. “Arena Fonte Nova”

İspaniya: 1 Kasilyas, 3. Pike, 6. İnyesta, 8. Xavi, 14. Alonso, 15. Ramos, 16. Serxio, 18. Alba, 19. Kosta, 21. Silva, 22. Azpilisueta.
Baş məşqçi: Vinsent del Boske

Hollandiya: 1 Cillessen, 2. Vlaar, 3. De Vrij, 4. İndi, 5. Blind, 6. De Yonq, 7. Ganmaat, 8. Guzman, 9. Van Persi, 10. Sneyder, 11. Robben.
Baş məşqçi: Lui Van Qal

 

Çili – Avstraliya - 3:1
Qollar: Alexsis, 12; Valdivia, 14; Beausejour, 90+ - Keyxell, 35
Hakim: Numandyez Due (Kot-dİvuar)
Kuyaba. “Arena Pantanal”

Çili: 1. Bravo, 2. Mena, 4. İsla, 7. Alexsis, 8. Vidal, 10 Valdivia, 11. Varqas, 17. Medel, 18. Jara, 20. Aranquiz, 21. Dias.
Baş məşqçi: Jorj Sampaoli

Avstraliya: 1. Ryan, 2. Franjiç, 3. Davidson, 4. Keyxell, 5. Milliqan, 6. Spiranoviç, 7. Leckie, 11. Qar, 15. Jednak, 22. Vilkinson, 23. Bresciano.
Baş məşqçi: Anjelos Postekoğlu 

 

Hollandiya

1

1

0

0

5-1

3

Çili

1

1

0

0

3-1

3

Avstraliya

1

0

0

1

1-3

0

İspaniya

1

0

0

1

1-5

0

 

 

0