İsveçrə son dəqiqədə sevindi - YENİLƏNİB
15.06.2014 - 21:47
İsveçrə son dəqiqədə sevindi   - YENİLƏNİB

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında bu gün keçirilməli olan 4 qarşılaşmadan üçü başa çatıb. Apasport.az saytının məlumatına görə, günə D qrupunun oyunları ilə start verilib.

“Ölüm qrupu”nda mübarizə sensasiya ilə başlayıb. Cənubi və Mərkəzi Amerika təmsilçilərinin dueli məhsuldar və gözlənilməz nəticə ilə başa çatıb. Ötən mundialın yarımfinalçısı Uruqvay qrupun autsayderi hesab olunan Kosta-Rika önündə aciz qalıb. Oskar Tabaresin yetirmələri Kavaninin penaltisi ilə hesabı açsa da, kosta-rikalılar 3 qol vuraraq əzmkar qələbə qazanmağa nail oldu.

 

Bu qrupda yer alan digər iki sabiq dünya çempionu İtaliya və İngiltərənin görüşündə də hər iki komanda qol sevinci yaşayıb. Appenin təmsilçisi ilk yarıda hesabı açsa da, futbolun yaradıcılarına bərabərlik üçün o qədər də çox vaxt lazım olmayıb. Lakin İtaliya yığmasının fasilədən sonra vurduğu qolun əvəzini çıxmaq mümkün olmayıb. Bununla da Uruqvay və İngiltərə 2-ci turdakı duelə məğlubiyyətlə çıxacaq.

 

Günün 3-cü matçında isə Afrika və Asiya təmsilçiləri görüşüb. Fil Dişi Sahili və Yaponiya arasındakı qarşılaşma ilə C qrupunda ilk tura yekun vurulub. Kolumbiyanın Yunanıstanı 3 cavabsız qolla udduğu qrupda 2-ci yerə afrikalılar yüksəlib. İlk yarıda qol buraxan Fil Dişi Sahili əzmkar qələbə qazanmağa müvəffəq olub. Didye Droqbanın sonradan oyuna daxil olması ilə hücumlarının kəsəri artan afrikalılar qısa zaman kəsiyində vurulan 2 qolla 3 xal əldə edib.

 

Günün son qarşılaşması E qrupunun açılış matçı olan İsveçrə ilə Ekvador arasında baş tutub. Oyunda hesabı Ekvador yığması açsa da, sonda qələbəni qoruya bilməyiblər. İkinci hissənin əvvəlində tarazlığı bərpa edən avropalılar matçın sonlarında daha bir qol vurublar. Əvəzlənmədən meydana çıxan Seferoviç 90+3-cü dəqiqədə dəqiq zərbə ilə komandasının qələbəsini rəsmiləşdirib.


15 iyun

E qrupu

İsveçrə - Ekvador - 2:1 
Qollar:  Mehmedi, 47; Seferoviç, 90+3 - E.Valensiya, 22
Hakim: Rövşən İrmatov (Özbəkistan)
Braziliya. “Nasional” stadionu
İsveçrə: 1. Benaglio, 2. Lichtsteiner, 5. Von Bergen, 8. İnler (k), 10. Xhaka, 11. Behrami, 13. Rodriqes, 14. Stocker, 19. Drmic, 20. Djourou, 23. Shaqiri.
Baş məşqçi: Ottmar Hitsfeld

Ekvador: 22. Dominikes, 2. Guagua, 3. Erazo, 4. Paredes, 6. Noboa, 7. Montero, 10. Ayovi, 11 Caicedo, 13. E. Valensiya, 16. A. Valensiya (k), 23. Gruezo.
Baş məşqçi: Reynaldo Rueda

 

 

İsveçrə

1

1

0

0

2-1

3

Fransa

0

0

0

0

0-0

0

Honduras

0

0

0

0

0-0

0

Ekvador

1

0

0

1

1-2

0

 

 

C qrupu

Fil Dişi Sahili - Yaponiya - 2:1

Qollar:   Boni, 64, Jervinyo, 66 - Honda, 16, 

Hakim: Enrike Osses (Çili)

Resifi. “Arena Pernambuko”

Fil Dişi Sahili: 1. Kopa, 3. Boka, 5. Zokora, 8. Kalu, 9. Tiote, 10. Jervinyo, 12. Vilfred Boni, 17. Aurie, 19. Yaya Ture (k), 21. Serey Di, 22. Bamba

Yaponiya: 1. Kavaşima, 2. Uçida, 4. Honda, 5. Naqatomo, 6. Motişiqe, 9. Okazaki, 10. Kaqava, 16. Yamaquçi, 17. Hasebe (k), 18. Osako, 22. Yoşida

 

Kolumbiya

1

1

0

0

3-0

3

Fil Dişi Sahili

1

1

0

0

2-1

3

Yaponiya

1

0

0

1

1-2

0

Yunanıstan

1

0

0

1

0-3

0

 

D qrupu
Uruqvay - Kosta-Rika - 1:3
Qollar:   
Kavani, 23 (pen) - Kempbell, 54; Duarte, 57;  Urena, 84
Qırmızı vərəqə: pereyra, 90+3 (Uruqvay)
Hakim: Feliks Brix (Almaniya)
Fortaleza. “Kastelan” stadionu

Uruqvay: Muslera, Pereyra, Luqano (k), Qodin, Kaseres, Qarqano, Rios, Stuani, Rodriqes, Forlan, Kavani.
Kosta-Rika: Navas, Qonsales, Umanya, Borxe, Duarte, Bolanaos, Kempbell, Ruis (k), Dias, Qamboa, Texeda.

İngiltərə - İtaliya - 1:2
Qollar: Starridj, 37 - Markizio, 35 ; Balotelli, 50

Hakim: Byörn Köypers (Hollandiya)
Manaus. “Arena Amazoniya”

İngiltərə: Xart, Conson, Jaqelka, Keyhl, Beyns, Cerrard, Xenderson, Uelbek, Sterlinq, Runi, Starridj.
İtaliya: Siriqu, Kellini, Paletta, Barsali, Darmian, de Rossi, Pirlo, Verratti, Kandreva, Markizio, Balotelli.

 

Kosta Rika

1

1

0

0

3-1

3

İtaliya

1

1

0

0

2-1

3

Yaponiya

1

0

0

1

1-2

0

Uruqvay

1

0

0

1

1-3

0

0