Şəhriyar Məmmədyarov: Titulumu qorumaq çətin olacaq
16.06.2014 - 11:25
Şəhriyar Məmmədyarov: Titulumu qorumaq çətin olacaq

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Dubayda bu gün start götürən şahmatın rapid və blits növləri üzə dünya çempionatı ilə bağlı fikirləri açıqlayıb. Apasport.az saytının məlumatına görə, mundialın son qalibi (rapid) ənənəsinə sadiq qalaraq, yenə ehtiyatlı danışıb.

 

O bildirib ki, dünya çempionu titulunu qorumaq çətin olsa da, bunun üçün çalışacaq: “Şəmkirdə Vüqar Həşimovun xatirəsinə keçirilən beynəlxalq turnirdən sonra konkret əhval-ruhiyyəm və formam barədə heç nə deyə bilmərəm. Ancaq onu bildirim ki, öz titulumu qorumaq çətin olacaq. Bütün bunlara baxmayaraq, məhz bunun üçün oynayacam”.

 

Qeyd edək ki, bu gün start götürən dünya çempionatı iyunun 21-də başa çatacaq.

0