Mundial Ronaldonun karyerasına son qoya bilər
19.06.2014 - 13:37
Mundial Ronaldonun karyerasına son qoya bilər

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldonun karyerası təhlükə altına düşüb. Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Həmkarlarımızın yazdığına əsasən, əgər Ronaldo DÇ-2014-ün qarşıdakı görüşlərində meydana çıxsa, o zaman bir daha futbol oynamaya bilər.

Zədəli olsa da, mundialın ilk turunda Almaniyaya qarşı 90 dəqiqə meydandan olan və heç nə ilə yadda qalmayan 29 yaşlı yarımmüdafiəçinin həkimləri də “Real”ın futbolçusunun durumunun yaxşı olmadığını deyiblər. Hətta portuqaliyalı ulduzla görüşən həkimlər ona qarşıdakı oyunlarda meydana çıxmamağını da məsləhət görüblər.

Lakin futbolçu özü DÇ-də bundan sonrakı matçlarda da oynamaq istədiyini açıqlayıb. O, iyunun 22-də Portuqaliya millisinin ABŞ-a qarşı keçirəcəyi oyunda meydana çıxacağını vurğulayıb.

0