"Çao", İtaliya...
24.06.2014 - 21:54
"Çao", İtaliya...

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunun görüşləri B qrupunun ardından A və D qruplarında da keçirilir. Apasport.az saytının məlumatına görə, A qrupundan Braziliya və Meksika növbəti mərhələyə keçib.

 

Bu görüşlərdən Xorvatiya – Meksika matçı daha böyük maraq doğursa da, meydan sahiblərinin növbəti mərhələyə yolu Kamerunla görüşdən keçib. Braziliyaya sadəcə heç-heçə kifayət etsə də, "top sehirbazları" Kamerunun qapısından 4 qol keçirərək qələbə qazanıblar. Afrika təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib. 

 

1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar. Xorvatlar bu qollardan ancaq birinin əvəzini çıxa biliblər.

 

D qrupunun həlledici görüşünü isə mini final kimi qiymətləndirmək olar. Dördqat dünya çempionu olan İtaliya ilə mundialın ikiqat qalibi Uruqvay bu dəfə 1/8 finala çıxmaq üçün mübarizə aparıb. Kosta-Rikadan sonra qrupdan 1/8 finala çıxan ikinci komanda Uruqvay olub. Cənubi Amerika təmsilçiləri Qodinin 81-ci dəqiqədə vurduğu yeganə qol sayəsində növbəti mərhələyə yüksəliblər. İtaliya isə turnirə "çao" deyib.

Kosta-Rika ilə İngiltərə isə ilk dəfə məhz Braziliyada üz-üzə gəlib. Mərkəzi Amerika təmsilçisi sürpriz çıxışını davam etdirmək üçün ingilislərlə ən azı heç-heçəyə nail olmalıydı. “Xəzər Lənkəran”ın sabiq hücumçusu Rendall Brenesin çıxış etdiyi Kosta-Rika bu tapşırığın öhdəsindən gəlib. İngilislər isə turnirdə yeganə xallarını qazana biliblər. 

 

24 iyun

A qrupu

Kamerun - Braziliya - 1:4

Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84

Hakim: Yunas Eriksson (İsveç)

Braziliya. “Nasional” stadionu

Kamerun: İtanjde, Nkoulou, Nguemo, Moukandjo, Abubakar, Bedimo, Cnoupo-Moting, Mbia, Enon, Matip, Nyom

Braziliya: Cezar, Alveş, Silva, Luis, Marselo, Halk, Paulinyo, Fred, Neymar, Oskar, Qustavo

 

Xorvatiya - Meksika - 1:3

Qollar: Perisic, 87 - Marques, 72; Quadrado, 75; Hernandes, 82

Qırmızı vərəqə: Rebiç, 89

Hakim: Rövşən İrmatov (Özbəkistan)

Resife. “Arena Pernambuko”

Xorvatiya: Pletikosa, Vrsalko, Praniç, Perisiç, Qorluka, Lovren, Rakitiç, Modriç, Srna, Mancukiç, Oliç

Meksika: Ochoa, Rodriqes, Marques, Herrera, Layun, Santos, Moreno, Quadrado, Peralta, Aqular, Vaskues

 

Braziliya

3

2

1

0

7-2

7

Meksika

3

2

1

0

4-1

7

Xorvatiya

3

1

0

2

6-6

3

Kamerun

3

0

0

3

1-9

0

 

 

D qrupu

İtaliya - Uruqvay - 0:1

Qol: Qodin, 81

Qırmızı vərəqə: Marçiso, 60

Hakim: Marko Rodriges (Meksika)

 

Natal. “Dunas” stadionu

Uruqvay: Muslera, Qodin, Perreyra, Rodriqes, Suares, Ximenes, Lodeiro, Rios, Qonsales, Kavani, Caceras

İtaliya: Buffon, De Sciglio, Çhellini, Darmian, Marçiso, Balotelli, Baragli, İmmobile, Bonuççi, Pirlo, Verratti

 

 

Kosta-Rika - İngiltərə - 0:0

Hakim: Camel Haymudi (Əlcəzair)

Belo Horizonte. “Mineyran” stadionu

Kosta-Rika: Navas, Qonsales, Borges, Duarte, Kempbell, Puis, Brenes, Dias, Gamboa, Tejeda, Miller

İngiltərə: Foster, Keyxill, Uilşer, Lampard, Starric, Smalling, Cons, Milner, Lallana, Barkley, Şav

 

Kosta-Rika

3

2

1

0

4-1

7

Uruqvay

3

2

0

1

4-4

6

İtaliya

3

1

0

2

2-3

3

İngiltərə

3

0

1

2

2-4

1

 

0