Löv Özilin oduna yandı
07.07.2014 - 11:23
Löv Özilin oduna yandı

Almaniya futbolunun canlı əfsanələrindən olan Paul Braytner Məsut Özildən narazıdı. Apasport.az xəbər verir ki, o, Bundestimin baş məşqçisi Yoahim Lövün türk əsilli yarımmüdafiəçini ilk “11-lik”də oynatmaqla, səhv seçim etdiyini bildirib.

 

Braytner deyib ki, artıq Almaniya millisi 10 nəfərlə oynamamalıdı: “Löv səhv seçim edir. Almaniya millisi mundialdakı bütün oyunlara 10 nəfərlə çıxıb. Özil ilk “11-lik”də meydana çıxmamalıdı. Oyunlar zamanı yığmanın digər üzvləri meydanda döyüşür, amma Məsut sadəcə gəzir. Dünya çempionatında belə bir şey qəbuledilməzdir”.

 

0