“Qarabağ”ın bəxtinə “Zalsburq” düşdü
18.07.2014 - 14:11
“Qarabağ”ın bəxtinə “Zalsburq” düşdü

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

 

Belə ki, Ağdam klubu II təsnifat mərhələsində qarşılaşdığı Malta “Valletta”sını adlasa, Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Bunun üçün Qurban Qurbanovun yetirmələri səfərdə 1 qolla məğlub etdiyi maltalılara Bakıda uduzmamalıdır.

 

“Qarabağ”ın potensial rəqibləri arasında ən yüksək reytinqə sahib olan və ən təhlükəli rəqib sayılan Avstriya çempionu mübarizəyə birbaşa bu mərhələdən qoşulur.

 

Püşk növbəti mərhələnin 15 cütünə aydınlıq gətirib. Qonşu Türkiyənin təmsilçisi “Beşiktaş” isə Hollandiya “Feyenoord”u ilə görüşəcək. 

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

 

Çempionlar

“Valletta” (Malta)/“QARABAĞ” (AZƏRBAYCAN) - “Zalsburq” (Avstriya)

“Kliftonvill” (Şimali İrlandiya)/“Debretsen” (Macarıstan) - BATE (Belarus)/“Skenderbeu” (Albaniya)

“Slovan” (Slovakiya)/TNS (Uels)  - “Şerif” (Moldova)/“Sutyeska” (Monteneqro)
“Legiya” (Polşa)/“Sent Patriks” (İrlandiya) - “Seltik” (Şotlandiya)/“Reykyavik” (İslandiya)
“Olborq” (Danimarka) - “Dinamo” (Xorvatiya)/“Jalgiris” (Litva)
“Dinamo” (Gürcüstan)/“Aktobe” (Qazaxıstan) - “Stromsqodset” (Norveç)/“Styaua” (Rumıniya)

“Zrinski” (Bosniya və Herseqovina)/“Maribor” (Slovaniya) - “Makkabi” (Təl-Əviv, İsrail)/“Santa Koloma” (Andorra)
“Rabotniçki” (Makedoniya)/HİK (Finlandiya) - APOEL (Kipr)

“Sparta” (Çexiya)/“Levadiya” (Estoniya) - “Malmö” (İsveç)/“Ventspils” (Latviya)
“Ludoqorets” (Bolqarıstan)/“Düdelanj” (Lüksemburq) - “Partizan” (Serbiya)/“Torshavn” (Farer adaları)
Qeyri-çempionlar

AEL (Kipr) - “Zenit” (Rusiya)

“Dnepr” (Ukrayna) - “Kopenhagen” (Danimarka)

“Feyenoord” (Hollandiya) - “Beşiktaş” (Türkiyə)

“Qrasshoppers” (İsveçrə) - “Lill” (Fransa)

“Standard” (Belçika) - “Panatinaikos” (Yunanıstan)

0