Admir Teli: Biz bütün Azərbaycan üçün oynayacağıq
21.07.2014 - 19:05
Admir Teli: Biz bütün Azərbaycan üçün oynayacağıq

“İlk oyunda yaxşı nəticə əldə etdik. Amma bu hələ son deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Admir Teli deyib.

 

Albaniyalı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin Malta “Valletta”sı ilə sabah keçiriləcək cavab oyunu ərəfəsində baş tutan mətbuat konfransında çıxış edib. Teli matç haqda fikirlərini bildirib: “Biz bütün Azərbaycan üçün oynayacağıq. Çünki “Qarabağ” indi tək Qarabağı yox, bütün ölkəni təmsil edir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İlk matçda topa sahib olmağa çalışdıq. Müəyyən çatışmazlıqlarımız oldu. Bu da ilk görüşümüz idi deyə bundan irəli gəlir. Cavab matçında hər şey qaydasında olacaq. Maksim Medvedev və kapitanımız Rəşad Sadıqovun olmaması itkidir. Amma bu itkiləri sabah hiss etdirməməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

0