Morata sıradan çıxdı
22.07.2014 - 06:14
Morata sıradan çıxdı

 

“Yuventus”un yeni transferi Alvaro Morata sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, futbolçu məşq zamanı dizindən zədələnib və ən azı 40 gün oynamayacaq.

 

Futbolçu bu gün təkrar tibbi müayinədən keçəcək. Ancaq bundan sonra onun nə zaman meydana qayıdacağı dəqiq bəlli olacaq.

 

Qeyd edək ki, “Real”da oynayan Morata iyulun 19-da 20 milyon avro müqabilində “Yuventus”a keçib. 22 yaşlı hücumçu ötən mövsüm 28 oyunda 9 qol vurub.

 

 

0