“Qəbələ”dən ikinci qələbə - YENİLƏNİB
23.07.2014 - 18:42
“Qəbələ”dən ikinci qələbə - YENİLƏNİB

Hollandiyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Türkiyə Superliqa təmsilçisi “Konyaspor”la gücünü sınayıb.

 

Dorinel Muntyanunun yetirmələri bu qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıb. Əyalət təmsilçisinə Hollandiyadakı ikinci qələbəni yeni transferləri qazandırıb. Türkiyəlilərin qapısına qolları Pavol Farkaş və Yazalde Pinto vurub.

 

Qeyd edək ki, “Qəbələ” Hollandiya toplanışı çərçivəsində bunadək yalnız yerli klublarla qarşılaşmışdı. Muntyanunun yetirmələri həvəskar klub olan “Arnem”i darmadağın etsə də (4:0), “Alkmar”a yenilib (0:2).

 

23 iyul

Yoxlama oyunu

“QƏBƏLƏ” (AZƏRBAYCAN) – “Konyaspor” (Türkiyə) - 2:0

Qollar: Farkaş, Yazalde Hollandiya. “Papendal Sport Hotel”in meydançası

0