“Qarabağ”ın iki futbolçusu ən yaxşılar arasında
23.07.2014 - 15:58
“Qarabağ”ın iki futbolçusu ən yaxşılar arasında

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyun günündən sonra yarışın statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində ən çox qol vuran və məhsuldar ötürmə verənlərin siyahılarında Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

 

Hər iki göstəricidə tərtib olunan “Top-8” də futbolçularımız yer alıb. 2 qol vuran braziliyalı Çumbinyo bombardirlər cədvəlində 4-8-ci yerləri bölən oyunçulardandır. Cənubi amerikalı 5 dəfə fərqlənən David Lafata (“Sparta”), hərəyə 3 qol vuranlar – Fanko Lazoviç (“Partizan”) və Levi Yanssondan (“Torshavn”) geri qalır.

 

Vüqar Nadirov isə ən yüksək göstəriciyə malik olan futbolçular sırasındadır. Belə ki, hesabında daha çox – 2 məhsuldar ötürmə olan oyunçulardan biri də “Qarabağ”ın üzvüdür.

 

 

0