AVRO-2020 ilə bağlı yazı müsabiqəsi start götürdü
23.07.2014 - 17:32
AVRO-2020 ilə bağlı yazı müsabiqəsi start götürdü

Azərbaycan paytaxtı Bakının AVRO-2020-nin oyunlarına ev sahibliyinə namizədliyi ilə bağlı yazı müsabiqəsi keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin əsas mövzusu "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti"dir.

 

Müsabiqədə əsas məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Yazıların qəbulu bu gündən başlayır və sentyabrın 22-dək davam edəcək. Müsabiqənin şərtləri AFFA-nın rəsmi saytında dərdc edilib.

0