Messi “Arsenal”a keçməyə hazırlaşırmış
23.07.2014 - 21:55
Messi “Arsenal”a keçməyə hazırlaşırmış

 

Argentina yığmasının hücumçusu Lionel Messi ötən mövsümün sonunda “Barselona” ilə müqaviləsini uzatmamışdan öncə komandanı tərk etmək üzərində düşünürmüş. Apasport.az saytının məlumatına görə, o, vaxtilə “Arsenal”da çıxış etmiş komanda yoldaşı Sesk Fabreqasdan bu klub barədə məlumat alırmış.

 

Messi ötən mövsüm “Barselona”nın Çempionlar Liqasını 1/4 mərhələsində tərk etməsi, eləcə də komandanın İspaniya çempionu ola bilməməsi səbəbindən kəskin tənqid edilib. Futbolçu mövsümün əvvəlində ciddi zədələnərək bir müddət yaşıl meydanlardan kənarda qalıb və həmişəki oyununu nümayiş etdirə bilməyib.

 

Amma bunlara baxmayaraq, Messi mayın 19-da “Barselona” ilə müqaviləsini yeniləyib və dünyanın ən çox məvacib alan futbolçusuna çevrilib.

 

0