Almeyda Almaniyaya qayıda bilər
24.07.2014 - 04:15
Almeyda Almaniyaya qayıda bilər

 

Müqaviləsi başa çatandan sonra “Beşiktaş”dan ayrılan və adı “Qalatasaray”la hallanan portuqaliyalı futbolçu Uqu Almeyda Bundesliqaya geri dönə bilər. Apasport.az saytının məlumatına görə, ulduz hücumçuya “Ayntraxt” müqavilə təklif edib.

 

Portuqaliya mətbuatının yazdığına görə, Almeydanın “Qalatasaray”a transferi ciddi problemlə üzləşib. Bu arada Almaniya klubunun təklifi isə futbolçunu maraqlandırıb.

 

Qeyd edək ki, Almeyda 2006-2011-ci illərdə “Verder”də oynayıb. O, “Ayntraxt”ın təklifini qəbul etdiyi təqdirdə, Bundesliqada ikinci dəfə forma geyəcək.

 

 

0