Millimiz qonşusu ilə qarşılaşacaq
24.07.2014 - 09:18
Millimiz qonşusu ilə qarşılaşacaq

Almaniyada keçirilən beynəlxalq turnirdə çıxış edən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız 3-cü turda Bremen şəhərinin komandası ilə görüşəcək.

 

Qarşılaşma sabah baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 14:15-də başlamalıdır.

 

Qeyd edək ki, 2 turdan sonra 3 xalı olan millimiz 3 xalla 15-ci yerdə qərarlaşıb. Turnir cədvəlində yığmamızın qonşusu olan Bremen təmsilçisi isə eyni xalla 16-cıdır.

0