Bakı klubunun yeni transferi zədəli çıxdı
24.07.2014 - 09:43
Bakı klubunun yeni transferi zədəli çıxdı

Qadın voleybolçulardan ibarət Serbiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Zoran Terziç dünya Qran-prisi üçün müəyyənləşdirdiyi “14-lüyə” Azərbaycan Super Liqasından 2 oyunçu çağırıb.

 

Təcrübəli mütəxəssis “Rabitə”in blokçusu Nataşa Krsmanoviçlə “Azəryol”un hücumçusu Yelena Nikoliçə oynamaq şansı verəcək. İlkin siyahıda Yovana Brakoçeviçin adı olsa da, ulduz voleybolçu son anda heyətdə kənarlaşdırılıb. “Azəryol”un yeni transferinin düşərgədən ayrılmasına çiynindəki zədə səbəb olub.

 

Qeyd edək ki, Bakının “Azəryol” klubu ötən mövsüm transfer etdiyi almaniyalı Marqarita Kozux da ölkəmizə zədəli gəlmişdi və komandada özünü doğrulda bilməmişdi.

0