“Xəzər Lənkəran” Gürcüstan klubu ilə heç-heçə etdi
24.07.2014 - 15:52
“Xəzər Lənkəran” Gürcüstan klubu ilə heç-heçə etdi

Gürcüstanda təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın əvəzedici komandası ikinci yoxlama görüşünü keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Gürcüstanın I dəstə təmsilçisi STU klubu ilə üz-üzə gəlib.

 

Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Cənub klubunun yeganə qoluna oyunun 60-cı dəqiqəsində komandanın yeni transferi Nurxan Mənsimzadə imza atıb.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama oyununu Bolnisinin “Sioni” klubu ilə keçirmişdi və 0:1 hesabı ilə məğlub olmuşdu.

 

0