[b]Dodo “Qəbələ”dən kənarlaşdırıldı[/b]
25.07.2014 - 13:42
[b]Dodo “Qəbələ”dən kənarlaşdırıldı[/b]

Hollandiyada təlim-məşq toplanışında olan “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu komandanın braziliyalı yarımmüdafiəçisi Dodonu heyətdən kənarlaşdırıb. Apasport.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “sambaçı”nın nizam-intizam qaydalarını pozması olub.

 

Belə ki, Muntyanu Dodoya Azərbaycana qayıtmağı və əvəzedici heyətlə məşq etməyi məsləhət görüb. Onun nə vaxt əsas heyətə qaytarılacağı isə bəlli deyil.

 

Qeyd edək ki, Dodo “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçudur.

0